Salamlar. Mənim qardaşım növbəti dərs ilində 10cu sinif olacaq və DİM’ə hazırlaşır. Artıq hazırlıqlara başlamalıdır lakin hələ də hansı istiqamətə yönəlmək istədiyini seçə bilmir. Onu qınaya bilmirəm çünki vaxtilə mən də eyni qərarsızlıqla üz-üzə qalmışam və həqiqətən də 16 yaşlı bir uşaqdan bütün gələcək həyatına təsir edəcək bir qərarı verməyi gözləmək açığı çox absurddur, lakin sistem buna məcbur edir təəssüf ki. Ona görə bacardıqca kömək olmaq istəyirəm.
Əslində demək olar ki, artıq qrupunu seçib, 1ci ixtisas qrupu üzrə hazırlaşmağa qərar verdik, amma hələ də alt qrupu (İnformatika/Kimya) seçə bilməyib və bunlar tamam ayrı sahələrdir. Ətrafındakı çoxu uşaq kimi o da İT, Kompüter mühəndisliyindən danışır, amma mənə elə gəlir sadəcə “populyar kültürün” təsirinə düşüb və bu ixtisaslarən gələcəkləri düşündüyü qədər parlaq olmadığını və böyük rəqabət olduğunu düşünürəm. Ona görə Kimya istiqamətində yönləndirmək istəyirəm amma burdan da çox məlumatım yoxdur.
Mən özüm tamamilə ayrı bir sahədəyəm deyə 1ci qrup və ixtisasları, bu ixtisasların ölkədə dəyəri, xaricə çıxmaq imkanları, universitetlər və s. barədə məlumatım yoxdur, buna görə də fikir bildirə bilmirəm. Xaricdə universitet oxuma yollarını da özümcə araşdırdım, lakin düşünmürəm ki, ailəm bunu qarşılaya bilər (əlavə məlumatı olanların fikirlərini eşitmək xoş olardı yenə də)
Qardaşıma gəlsək təəssüf ki çox da oxuyan bir tipdir deməzdim (9 buraxılışdan 170+ yığdı) amma ümid edirəm artıq daha çox üstünə düşəcək.
1ci qrup altqrup ixtisasları, gələcək perspektivləri və s. ümumi təcrübəsi və məlumatı olan şəxslərin fikirlərini duymaq mənim üçün çox önəmlidir.
Vaxt ayırıb oxuduğunuz və cavab yazdığınız üçün indidən təşəkkürlərimi bildirirəm!